EN

Evinə oğru üçün polis çağırdı: Güllələndi

ABŞ-nin Nevada ştatında 43 yaşlı Brandon Durham evinə soxulan oğru üçün çağırdığı polis tərəfindən güllələnib. 

“Cebheİnfo.az” xəbər verir ki, hadisə yerinə gələn polis məmuru Aleksandr Bookman Durhamla oğru arasındakı əlbəyaxa vəziyyətini yanlış qiymətləndirərək Durhamı öldürüb. Durham polis tərəfindən başından vurulub. 

Hadisədən sonra Durhamın qızı İzabella "Atam qurban oldu. İndi ömrümün qalan hissəsini atasız keçirəcəyəm",- deyib. Las-Veqas Polis Departamenti insidentlə bağlı daxili araşdırmaya başlayıb.

2021-ci ildən xidmətdə olan polis məmuru Bookman araşdırma zamanı ödənişli inzibati məzuniyyətə göndərilib. 

Chosen
28
cebheinfo.az

1Sources