EN

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının nümayəndə heyətini qəbul edib

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə səfərdə olan İslam Həmrəyliyi İdman Assosiasiyasının nümayəndə heyətini qəbul edib.

Bu barədə "Report"a MOK-dan məlumat verilib.

Görüşdə İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibi Nasser Ayman Mayali, strategiya və proqramlar direktoru Mazen Diab və millət vəkili, MOK-un İcraiyyə Komitəsinin üzvü, İSSF-nin "Qadın və İdmanda Gender Bərabərliyi" komitəsinin rəhbəri Könül Nurullayeva iştirak ediblər.

MOK-un inzibati binasında keçirilən toplantıda qonağı salamlayan Çingiz Hüseynzadə ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə danışıb. MOK-un vitse-prezidenti çıxışı zamanı 2017-ci ildə ölkəmizin IV İslam Həmrəliyi Oyunlarına uğurla ev sahibliyi etdiyini xatırladıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Nasser Ayman Mayali gələn il Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı məlumat verərək, yarışların uğurla təşkil olunacağına inandığını bildirb.

Görüş zamanı İslam Həmrəyliyi İdman Assosiasiyası ilə qarşılıqlı əlaqələr barədə məsələlər müzakirə edilib, həmçinin bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Chosen
15
1
far.az

3Sources