EN

Amerikalıların 20 faizi xəbərləri sosial media fenomenlərindən alır

Amerikalıların 20 faizi xəbərləri sosial media fenomenlərindən alır

ABŞ vətəndaşlarının təxminən 20 faizi xəbərləri mütəmadi olaraq sosial mediada fenomenlərdən alır.Pew Araşdırma Mərkəzi ABŞ-da 10 mindən çox böyüklər arasında apardığı sorğunun nəticələrini və sosial media fenomenləri tərəfindən paylaşılan yazıların təhlilindən əldə edilən nəticələri açıqlayıb.Tədqiqat "Facebook", "Instagram", "YouTube", X və ya "TikTok"da 100 000-dən çox izləyicisi olan insanların, o cümlədən podkastlarda və xəbər bülletenlərində müntəzəm olaraq cari hadisələri dərc edən və danışan hesabları araşdırıb.Hesabatda məlum olub ki, ABŞ vətəndaşlarının təxminən 20 faizi və ya hər 5 amerikalıdan 1-i xəbərlərini mütəmadi olaraq sosial mediada fenomenlərdən alır.Hesabatda fenomenlərin daha çox siyasət və seçkilər, ardınca irq və abort kimi sosial mövzular və “İsrail-Həmas” məsələsi kimi beynəlxalq hadisələrlə bağlı etdiyi paylaşımlar olduğu ortaya çıxıb.Bu insanların əksəriyyətinin heç bir media qurumu ilə əlaqəsi və ya tarixçəsi yoxdur.Sosial mediada xəbər məzmunu paylaşan fenomenlərin 85 faizi X-dədir. Bununla belə, onların bir çoxunun "Facebook", "Instagram", "YouTube" və "TikTok" kimi digər sosial media platformalarında da səhifələri var.Digər tərəfdən, Birləşmiş Ştatlardakı media analitikləri çoxdan redaksiya standartlarına riayət etmələri tələb olunmayan fenomenlərin dezinformasiyaya səbəb ola biləcəyindən və hətta ABŞ-ın düşmənləri tərəfindən öz maraqları uyğun məzmun hazırlamaq üçün necə istifadə oluna biləcəyindən çoxdan narahatdırlar.Mənbə: AA

Chosen
19
afn.az

1Sources