EN

Xamenei gedir, yerinə oğlu gəlir?

İranda ölkənin 85 yaşlı Ali Rəhbəri Seyid Əli Xameneinin siyasi varisi ilə bağlı söhbətlər yenidən gündəmə gəlib. Amma əvvəlki hallardan fərqli olaraq, bu dəfə mövzunu gündəmə gətirən elə Xameneinin özü olub, bu da ölkədə rəhbər dəyişikliyi ilə bağlı məsələnin ciddiliyindən xəbər verir. Belə ki, ABŞ-də prezident seçkisində Donald Trampın qələbəsi məlum olduqdan az sonra Xamenei İranda ali rəhbəri seçən qurumun - 88 ruhanidən ibarət Ekspertlər Şurasının üzvləri ilə görüşüb. Onun həmin görüşdə etdiyi təqribən yarım saatlıq çıxışın 2/3 ölkənin gələcək ali rəhbərinin müəyyənləşdirilməsi mövzusuna həsr olunub.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni süjetdə qeyd olunub.

Bildirilir ki, indiyədək görünməmiş bu çıxışı ilə Xameneinin cəmiyyəti, ilk növbədə hakim siyasi elitanı özünün yoxluğuna hazırlamaq niyyəti güddüyü aydın şəkildə hiss olunub. Eyni zamanda, o, Şura üzvlərinə gələcək ali rəhbərin kimliyi üzərində elə indidən düşünmək barədə açıq mesaj verib və lazımi anda yubanmadan və sürətli şəkildə yeni rəhbəri seçməyin vacibliyini vurğulayıb.

Təsadüfi deyil ki, bəzi iranlı təhlilçilər Xameneinin bu çıxışını "vida xütbəsi" adlandırıblar. Görüşdə iştirak etmiş hüccətül-islam Məhəmmədbağır Heydəri Kaşani sonradan bildirib ki, Xameneinin çıxışı zamanı Şuranın bəzi üzvləri ali rəhbərin kölgəsinin başları üzərindən əskik olacağını təsəvvür edərək özlərini saxlaya bilməyib hönkür-hönkür ağlayıblar. Lakin əlbəttə, Xameneiyə etdiyi çıxışa Şura üzvlərinin göz yaşı axıtması deyil, nəzərdə tutduğu namizədi ondan sonra rəhbər postuna seçmələri lazımdır. Həmin namizədin isə onun illərdən bəri bu vəzifəyə hazırladığı oğlu Müctəba Xamenei olduğu hər kəsə məlumdur. Odur ki istər yerli, istərsə də xarici media İran ali rəhbərinin çıxışını məhz bu kontekstdə şərh və təhlil etməkdədir.

Xamenei gedir, yerinə oğlu gəlir?

Xamenei gedir, yerinə oğlu gəlir?

Mənbə: oxu.az

Chosen
15
16
oxu.az

10Sources