EN

Torres "Deportivo"ya "yox" dedi

İspaniya yığmasının sabiq hücumçusu Fernando Torres "Deportivo" klubunu çalışdırmaqdan imtina edib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Relevo" yayıb.

Xəbərə görə, hazırda "Atletiko Madrid"in ikinci komandasını çalışdıran 40 yaşlı mütəxəssis əsas kollektivə rəhbərlik etməklə bağlı təklif gözlədiyi bildirilib. Buna səbəb "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin postunu tərk edəcəyi ilə bağlı yayılan xəbərlərdir.

Qeyd edək ki, "Deportivo" hazırda İspaniya Sequndasında 16-cı yerdə qərarlaşıb.

Chosen
39
3
fanat.az

4Sources