EN

Yeni xəstəlik yayılıb - Gəncləri öldürür...

Kanadada yeni beyin xəstəliyi ortaya çıxıb.

News24.az Milli.Az-a istinadən xəbər verir ki, Nyu-Brunsvik ştatının yeni seçilmiş baş naziri Kanada federal hökumətini narahat edən sirli beyin xəstəliyi ilə bağlı "tam, açıq elmi araşdırmaya" kömək etməyə çağırıb. 

Əyalətdə 450-dən çox insanın  xəstəlikdən əziyyət çəkdiyi güman edilir. O cümlədən, xəstəliyə yaxalananlar 45 yaşdan aşağı olan gənclərdir.

Baş nazirin sözlərinə görə, xəstəlikdən ən azı 40 nəfər ölüb.

Xəstəliyin əlamətləri arasında narahatlıq və yuxu problemləri, ətraflarda ağrı və tarazlıq pozğunluğu, diş şaqqıldaması, güclü əzələ spazmaları, görmə problemləri və hallüsinasiyalar var.

Qeyd edək ki, səhiyyə rəsmiləri ilk dəfə 2012-ci ildə xəbərdarlıq etmişdilər ki, əyalətin 40-dan çox sakini Kreutzfeldt-Yakob xəstəliyinin degenerativ beyin pozğunluğuna oxşar simptomlarla mümkün naməlum nevroloji sindromdan əziyyət çəkir. Ancaq bir il sonra əyalət tərəfindən yaradılmış müstəqil nəzarət komitəsi müəyyən etdi ki, xəstələr qrupuna çox güman ki, səhv diaqnoz qoyulub və xərçəng və demensiya kimi məlum xəstəliklərdən əziyyət çəkirlər.

Chosen
25
6
news24.az

7Sources