EN

Nabiullina Rusiya iqtisadiyyatındakı unikal vəziyyətdən danışıb

...Rusiyada ilk dəfə olaraq iqtisadiyyatın demək olar ki, bütün resurslarından istifadə olunur, işsizlik rekord həddə - 2,4 faiz təşkil edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina Dövlət Dumasının plenar iclasında bildirib.

...İndi biz ilk dəfədir ki, iqtisadiyyatda demək olar ki, bütün resurslardan istifadə olunan vəziyyətdəyik. Bizdə isə heç vaxt belə aşağı işsizlik olmayıb – 2,4 faiz.

TASS bunu Nabiullinadan sitat gətirir.

Rusiya Mərkəzi Bankının rəhbərinin sözlərinə görə, dünyada eyni dərəcədə aşağı işsizlik səviyyəsinə malik az sayda ölkə var.

Eyni zamanda, Mərkəzi Bankın sorğularına əsasən, hazırda Rusiyadakı müəssisələrin 73 faizi kadr çatışmazlığı ilə üzləşir.

Bundan əvvəl Rusiya lideri Vladimir Putin ilin sonunda Rusiyanın ÜDM artımının 3,9 faiz olacağını bildirmişdi. Rusiya baş nazirinin müavini Aleksey Overçuk da Rusiya iqtisadiyyatının sabitliyini qeyd edib.

Əli Babayev

Chosen
36
sia.az

1Sources