EN

İbrahimoviç “Milan”ın cari mövsümdəki əsas fəsadını açıqladı

“Milan” keçmiş hücumçusu, hazırda klub rəhbərliyinin baş müşaviri Zlatan İbrahimoviç “rossoneri”nin cari mövsümdəki əsas fəsadını açıqlayıb.

Arena.az “Football Italia” nəşrinə istinadən, isveçli mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz tarazlıq və sabitliyə nail olmaq üçün hər gün işləyib-çalışırıq. Komanda indi yaxşıdır, amma biz daha yaxşısını əldə edə bilərik. Əsas fəsadımız? Tarazlıq. Uduzmamalı olduğumuz oyunları uduzuruq, hər şey isə mənəvi davamlılığa dayanır. Bu keyfiyyəti əldə etdikdə nəticələr daha yaxşı olacaq. Biz nikbinik və hər gün təkmilləşirik”, deyə Zlatan İbrahimoviç vurğulayıb.

İtaliya A Seriyasının 11 turundan sonra 18 xal toplamış “Milan” yarış vədvəlinin 7-ci pilləsində qərarlaşıb. A Seriyasına 12 oyundan 26 xal toplamış “Napoli” başçılıq edir.

Chosen
13
1
arena.az

2Sources