EN

Minadan yenidən ərə getməsi ilə bağlı suala REAKSİYA - VİDEO

Müğənni Mina Hüseyn şəxsi həyatından söz açıb.

Referans.az xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb.

Proqramın aparıcısının “Minanın valideynlərinin arzusu qızları Minanın ailə qurub, övlad sahib olmasıdır. Ailə qurmaqla bağlı atacağın növbəti addımı daha yaxşı düşünürsən” sözlərinə Mina belə cavab verib:

“Xeyirlisi. Yaxşı bir insanla ailə quraram. Amma hələki, işimlə məşğulam”.

Qeyd edək ki, M.Hüseyn S.Həsənovla iki il əvvəl mart ayında gizli şəkildə ailə qurub. Daha sonra sənətçi ərindən ayrıldığını və boşandığını açıqlamışdı. Onun sözlərinə görə, buna səbəb həyat yoldaşının onu aldadaraq özünü varlı şəxs kimi təqdim etməsi, eyni zamanda ona qoyduğu qadağalar olub. Bir müddətdən sonra nişanlandığını açıqlayan Mina həmin şəxsin keçmiş əri ilə xasiyyətlərinin eyni olması səbəbindən nişanını qaytardığını söyləyib. (OLAY)


Chosen
16
6
referans.az

8Sources