EN

Millimiz İsveçə qarşı – YENİLƏNİR

Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız 1-ci qrupdakı altıncı oyununda İsveçin qonağı olacaq.

Solna şəhərində təşkil olunacaq görüşə Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. Qarşılaşmanı polşalı FIFA referisi Pavel Raçkovski idarə edəcək.

UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup

19 noyabr

23:45. İsveç – Azərbaycan
Baş hakim: Pavel Raçkovski (Polşa).
Solna. “Strauberri Arena”.

İsveç: 12. Viktor Yohansson, 5. Qabriel Qudmundsson, 9. Aleksander İsak, 13. Ken Sema, 14. Anton Saletros, 15. Karl Starfelt, 16. Yesper Karlström, 17. Viktor Dyökereş, 18. Yasin Ayari, 21. Deyan Kuluşevski (k), 22. Sebastyan Nanasi.
Ehtiyat oyunçular: 1. Yakob Zetterström, 23. Kristofer Nordfelt, 2. Emil Holm, 4. Henrik Kasteqren, 6. Samuel Dahl, 7. Lukas Berqvall, 8. Daniel Svensson, 10. Emil Forsberq, 11. Niklas Eliasson, 19. İsak Lidberq, 20. Nils Zatterström.
Baş məşqçi: Yon Dal Tomasson.
Azərbaycan: 23. Rza Cəfərov, 2. Amin Seydiyev,  4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 9. Nəriman Axundzadə, 10. Mahir Emreli, 15. Bədavi Hüseynov (k), 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Nicat Mehbalıyev, 12. Aydın Bayramov, 8. İsmayıl İbrahimli, 11. Ramil Şeydayev, 14. Zamiq Əliyev, 16. Səbuhi Abdullazadə, 18. Ceyhun Nuriyev, 19. Xəyal Nəcəfov, 21. Abbas Hüseynov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Fernando Santos.

Chosen
24
2
futbolinfo.az

3Sources