EN

Bitcoin-in qiyməti rekord yenilədi - Asanlıqla 100 min dollara çata bilər

Binance platformasının məlumatlarına görə, Bitcoin-in qiyməti 93 min 856 dollaradək çataraq bütün zamanların ən yüksək göstəricisini yeniləyib (rekord qırıb).

Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:16-ya olan məlumata görə, kriptovalyuta 0,53% bahalaşma ilə 91 min 251 dollardan ticarət olunub. 

Mütəxəssislər bildiriblər ki, Bitcoin-in qiyməti yaxın günlərdə asanlıqla 100 min dollara çata və daha da bahalaşa bilər. Hətta Bitcoincari artım mərhələsində 300 min dollara qədər dəyər qazana bilər. Eyni zamanda, ciddi neqativ amillər olmadıqda geri qaytarılacaq texniki düzəlişlər də istisna edilmir.

Bahalaşmanın səbəbləri

Mütəxəssislərin fikrincə, kriptovalyutanın bahalaşması bir neçə amillə bağlıdır. Belə ki, bahalaşmada Donald Trampın vədləri mühüm rol oynayır. O cümlədən onun ABŞ-ı qlobal kriptovalyuta mərkəzinə çevirmək üçün iddialı planları və SEC-in mövcud tənzimləmə siyasətinə əhəmiyyətli dəyişiklik edəcəyi gözləntiləri Bitcoin-i bahalaşdırır. Tramp Bitcoin-dən ehtiyat yaratmağa da söz verib.

İnvestorların kriptovalyutaya artan diqqəti geosiyasi böhranlar zamanı Bitcoin və stabilkoinlərin tez-tez potensial “müdafiə” aktivi kimi qəbul edilməsi ilə bağlıdır. İnvestorlar tez-tez investisiyalarını şaxələndirmək və ənənəvi bazarlarda dəyişkənlikdən qorunmaq yollarını axtarırlar. 

Chosen
54
14
marja.az

10Sources