“Rabitəbank” ASC-nin müşahidə şurasının 18 noyabr 2024-cü il tarixli, 104 nömrəli qərarına əsasən, 2024-cü il dekabrın 27-si, saat 17.00-da bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyinə aşağıdakı məsələr daxildir.
1. Bankın 2025-ci il üzrə büdcə parametrlərinin təsdiqi.
2. “Rabitəbank” ASC-nin 2025–2027-ci illəri əhatə edən
Strateji Planının təsdiqi.
3. Təşkilati və cari məsələlər.
Yığıncağın keçiriləcəyi ünvan- Bakı şəhəri, 28 May küçəsi 33 (Rabitəbank ASC-nin inzibati binası).