COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılış olub.
APA xəbər verir ki, açılış COP29 Sədrliyi, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, UN-Habitat, BMT-nin Yüksək Səviyyəli Çempionları ilə əməkdaşlıq çərçivəsində baş tutub.
Qeyd edək ki, UN- Habitat Birləşmiş Millətlər Təşkilatının daha yaxşı şəhər gələcəyinə yönəlmiş proqramıdır. 90-dan çox ölkədə fəaliyyət göstərən BMT-Habitat sosial və ekoloji baxımdan dayanıqlı şəhər, qəsəbə və icmaların inkişafını təşviq edir. Onların missiyası hər kəs üçün adekvat sığınacaq təmin etmək və həyat standartlarını yaxşılaşdırmaqdır.







