EN

Bu meyvəyə diqqət: Tərkibində alkoqol var – 5 ədədində bir pivə…

Gündəlik həyatda tez-tez yediyimiz banan sağlam meyvə olsa da, alkoqol tərkibi ilə təəccübləndirib. Qida məhsullarındakı alkoqol miqdarının bir çox müxtəlif səbəbləri var. Bunlardan biri təbii fermentasiya prosesidir. Xüsusilə meyvə və ya meyvə şirələri təbii olaraq fermentasiyaya uğrayaraq alkoqol istehsal edə bilər. Bu proses mikroorqanizmlərin şəkərləri alkola çevirməsi ilə başlayır və xüsusilə fermentasiya olunmamış, yetişmiş meyvələrdə daha çox nəzərə çarpır.

News24.az xəbər verir ki, “Spectrum Science”in araşadırmalarına görə, 5 ədəd yetişmiş orta boylu banan bir kiçik pivə qədər alkoqol tərkibinə sahib ola bilər. Ümumilikdə, bu cür kiçik miqdarda alkoqol əksər böyüklər üçün təhlükəsizdir. Lakin alkoqol qəbulundan çəkinən şəxslər üçün, xüsusən dini və ya sağlamlıq səbəbləri ilə alkoqol qəbul etmək istəməyənlərə bu, problem ola bilər.

Gizli alkoqol həm də alkoqolizm xəstəliyi olan insanlar üçün təhlükəli ola bilər. Çünki kiçik miqdarlarda belə, hətta yalnız alkoqolun qoxusu belə, xəstəliyin təkrar baş qaldırmasına səbəb ola bilər.

Gizli alkoqoldan qaçmağın ən effektiv yolu məhsulların tərkibini diqqətlə yoxlamaqdır. Lakin bəzi məhsullarda alkoqol, aromatizator və ya qatqı maddəsi olaraq əlavə oluna bildiyi üçün bu tərkib siyahıya daxil edilməyə bilər.

Əgər alkoqoldan tamamilə qaçınmaq istəyirsinizsə, tərkib siyahısında alkoqolun adətən ən sona yerləşdiyini unutmamalısınız. Həmçinin, alkoqolun digər terminləri ilə (məsələn, etanol) də qarşılaşa biləcəyinizi bilməlisiniz.

Digər tərəfdən, bəzi şirniyyat məhsulları da kiçik miqdarda alkoqol tərkibinə malik ola bilər. Bu şirniyyatlar xüsusilə uşaqlar üçün təhlükəli sayılır. Əlbəttə ki, bu, onları sərxoş etməz, amma zamanla bu məhsullara qarşı asılılıqlarını artıra bilər.

Aynurə

Chosen
21
news24.az

1Sources