“Beşiktaş”ın futbolçusu Azərbaycan yığmasına çağrıldı - FOTO
“Qafqazinfo” xəbər verir ki, “Beşiktaş” akademiyasında çıxış edən Furqan Musayev Azərbaycan yığmasına dəvət alıb.
bu barədə İstanbul klubunun akademiyasının rəsmi səhifəsi paylaşım edib.
Paylaşımda bildirilib ki, “Beşiktaş”ın U-15 komandasının üzvü F.Musayev Azərbaycan millisinin Qəbələdə keçiriləcək toplanışına dəvət edilib.
O, U-16 yığmamızın keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcək.
