EN

Anar Quliyev: "COP29-da Şəhərsalma Gününün keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir"

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) COP29 çərçivəsində Şəhərsalma Günü təşkil etməklə urbanizasiya və iqlim dəyişikliyinin kəsişməsində duran ən aktual məsələlərin müzakirəsi üçün açıq və konstruktiv dialoq imkanı yaradıb.

"Far.Az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev COP29 çərçivəsində təşkil olunmuş çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda bildirib.

O, bu tədbirin Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib: “Biz şəhərlərin həm qlobal gələcəyini, həm də planetimizin inkişafında oynadığı rolu yüksək dəyərləndiririk. Urbanizasiyanın sürətlə inkişaf etdiyi regionlardan biri kimi Azərbaycan bu prosesin yaratdığı çağırışlara cavab verməyə, onun təqdim etdiyi imkanlardan faydalanmağa sadiqdir”.

Bundan başqa, sədrin sözlərinə görə, Azərbaycan COP29 çərçivəsində maraqlı tərəfləri bir araya gətirərək, çoxtərəfli əməkdaşlıq əsasında şəhərləri dayanıqlı ekosistemlərə çevirmək məqsədini nümayiş etdirir.

O, şəhərləri iqlim dəyişikliyinə dayanıqlı məkanlara çevirmək məqsədi daşıyan təşəbbüslərə diqqət çəkərək Şəhərsalma Günü çərçivəsində təqdim olunan Davamlı və Sağlam Şəhərlər üçün Çoxtərəfli Fəaliyyət Yolları (MAP) təşəbbüsünün urbanizasiya və iqlim məsələlərinə yeni bir yanaşma gətirdiyini bildirib. “Şarm əl-Şeyxdə COP27-də başlayan SURGe və Dubayda COP28 çərçivəsində təqdim olunan CHAMP təşəbbüsləri dialoq və əməkdaşlıq üçün mühüm platformalar yaradıb. Bu gün isə biz onları daha irəli apararaq MAP təşəbbüsünü təqdim edirik. Bu platforma əvvəlki təşəbbüslərdən öyrənilən dərsləri birləşdirir, urbanizasiya və iqlim məsələlərinə yeni yanaşma gətirir”.

Chosen
17
3
far.az

4Sources