EN

Komitə sədri: Azərbaycan şəhərləri dayanıqlı ekosistemlərə çevirmək məqsədini nümayiş etdirir

“Azərbaycan COP29 çərçivəsində maraqlı tərəfləri bir araya gətirərək, çoxtərəfli əməkdaşlıq əsasında şəhərləri dayanıqlı ekosistemlərə çevirmək məqsədini nümayiş etdirir”.

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün COP29 çərçivəsində keçirilən Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Üçüncü Nazirlər Toplantısının açılışında çıxışı zamanı deyib.

Komitə sədri şəhərləri iqlim dəyişikliklərinə dayanıqlı məkanlara çevirmək məqsədi daşıyan təşəbbüslərə diqqət çəkərək, Şəhərsalma Günü çərçivəsində təqdim olunan Davamlı və Sağlam Şəhərlər üçün Çoxtərəfli Fəaliyyət Yolları (MAP) təşəbbüsünün urbanizasiya və iqlim məsələlərinə yeni bir yanaşma gətirdiyini bildirib. “Şarm əl-Şeyxdə COP27-də başlayan SURGe və Dubayda COP28 çərçivəsində təqdim olunan CHAMP təşəbbüsləri dialoq və əməkdaşlıq üçün mühüm platformalar yaratmışdır. Bu gün isə biz onları daha irəli apararaq, Davamlı və Sağlam Şəhərlər üçün Çoxtərəfli Fəaliyyət Yolları (MAP) təşəbbüsünü təqdim edirik. Bu platforma əvvəlki təşəbbüslərdən öyrənilən dərsləri birləşdirərək, urbanizasiya və iqlim məsələlərinə yeni bir yanaşma gətirir”, - deyə Anar Quliyev əlavə edib.
Chosen
9
3
sherg.az

4Sources