EN

Putini HƏDƏLƏDİLƏR: “Müharibəni dayandır və ölkəni TƏRK ET!” - Almaniya Rusiya ilə MÜHARİBƏYƏ GİRİR

Böyük Britaniyanın Baş naziri Keir Starmer Rusiyanın növbəti nüvə təhdidlərinə cavab verib.

“The Guardian”ın məlumatına görə, Starmer Vladimir Putini müharibəni dayandırmağa və qoşunları Ukraynadan çıxarmağa çağırıb.

Britaniyanın Baş naziri qeyd edib ki, Kremlin nüvə təhdidləri Qərbin mövqeyini dəyişməyəcək: “Putinin nüvə silahı ilə bağlı məsuliyyətsiz ritorikası bizim Ukraynaya dəstəyimizi zəiflətməyəcək. İndi biz münaqişənin mininci günündəyik. Bu, Rusiyanın 1000 günlük təcavüzü, Ukraynanın 1000 günlük iztirabıdır. Biz əvvəldən Ukraynanın yanındayıq. Mən bir daha vurğulayıram ki, Ukraynanın Putinə qarşı bu müharibədə qalib gəlmək üçün lazım olan hər şeyə malik olmasını təmin etmək lazımdır”.

Starmer birbaşa Putinə müraciət edərək deyib: “Rusiyanın Ukraynada qeyri-qanuni müharibəsinin mininci günündə mən bir daha səslənirəm: Müharibəni dayandır və Ukraynadan çıx!”.

Almaniya Silahlı Qüvvələri Rusiya ilə mümkün müharibə zamanı fəaliyyət prosedurunu izah etmək üçün ölkədəki iş adamları ilə görüş keçirməyə başlayıb.

Bu barədə “Frankfurter Allgemeine Zeitung” məxfi sənədlərə istinadən yazıb.

Nəşrin məlumatına görə, min səhifəlik sənəddə digər məsələlərlə yanaşı, Almaniyanın gərginliyin artması halında ətraflı fəaliyyət planı var.

Sənəddə konkret olaraq biznesin rolu göstərilir. Məsələn, Hamburq Ticarət və Sənaye Palatası artıq Bundesver nümayəndəsi ilə bir tədbir keçirib. Orada palataya əlavə yük maşını sürücülərinin hazırlanması tövsiyə olunub. Belə ki, Almaniyada bu peşədə işləyənlərin 70 faizindən çoxu Şərqi Avropa ölkələrindən gələnlərdir ki, onlar da müharibənin ilk günlərində ölkəni tərk edəcəklər.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.15-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

Chosen
9
musavat.com

1Sources