EN

Nazir açıqladı: 2025-ci ildə də sosialyönümlü xərclər...

“2025-ci ildə də sosialyönümlü xərclər prioritet təşkil edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələlərinin birgə iclasında büdcə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, növbəti ilin dövlət büdcəsində bu xərclər 16909,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 1370,0 milyon manat və ya 8,8 faiz çoxdur:

“Əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əmək haqqı, minimum pensiya, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub”.


Müəllif: Şəbnəm Zahir
Chosen
4
1
teleqraf.com

10Sources