EN

Azərbaycanın xaricdə təbliğatına 7 milyon manat ayrılacaq

2025-ci ildə Azərbaycanın xaricdə təbliğatı - diaspor və lobbiçilik fəaliyyəti üçün xərclərə 7 milyon manat ayrılır.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələlərinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, xaricdəki diplomatik nümayəndəliklərin maliyyələşdirilməsinə isə 205 milyon manat ayrılır.

Bizim.Media

Chosen
11
9
bizim.media

9Sources