EN

Putin Ukraynaya güzəşt olmadan Trampla atəşkəsi müzakirə etməyə hazırdır – “Reuters”

Vladimir Putin Ukraynaya ərazi güzəşti olmadan Donald Trampla atəşkəsi müzakirə etməyə hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Onların fikrincə, Rusiya həm də Ukraynanın NATO-ya daxil olmasına və ya NATO qoşunlarının Ukrayna ərazisində olmasına dözməyəcək.

Agentliyin məlumatına görə, Rusiyanın beş keçmiş və indiki rəsmisi ilə söhbətdən sonra Kreml bütövlükdə cəbhə xətti boyunca münaqişənin dondurulmasına razılıq verə bilər.

İki mənbə atəşkəs sənədinin İstanbul razılaşmasının layihəsi kimi görünə biləcəyini bildirib.

Reuters-in aydınlaşdırdığı kimi, ona görə, Ukrayna ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiyanın təhlükəsizlik zəmanəti müqabilində daimi neytrallığa razı olmalıdır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
12
interpress.az

1Sources