EN

Azərbaycan mövcud avtobus parkını genişləndirməyi və 2030-cu ilə qədər tamamilə elektrikləşdirməyi planlaşdırır - Nazir

Bakı. Trend:

Azərbaycan mövcud avtobus parkını genişləndirməyi və 2030-cu iləqədər tamamilə elektrikləşdirməyi planlaşdırır.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusundakeçirilən yüksək səviyyəli dəyirmi masada çıxışı zamanıbildirib.

"Azərbaycan mövcud avtobus parkını genişləndirməyi və 2030-cuilə qədər tamamilə elektrikləşdirməyi planlaşdırır. Hərəkətlilikproqramı çərçivəsində bir neçə mərkəzi küçə avtomobillər üçünbağlanaraq yalnız piyadaların istifadəsinə verilib. Bundan əlavə,son illərdə hökumət ekoloji cəhətdən təhlükəsiz nəqliyyatvasitələrinin istifadəsini stimullaşdırmaq üçün ƏDV və gömrükrüsumlarından azadolma kimi tədbirlər tətbiq edib. Bu intensivstimullar idxal olunan nəqliyyat vasitələri arasında elektrik vəhibrid avtomobillərin payını demək olar ki, iki dəfə artıraraq,ümumi göstəricini 10,5 faizdən 20 faizə yaxınlaşdırıb", - deyənazir bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
29
az.trend.az

1Sources