EN

Braziliya telekanalında aparıcı Baydeni “bin Laden” kimi təqdim etdi -VİDEO

Braziliyanın "TV Globo" telekanalının efirində qəribə hadisə baş verib. Belə ki, səhər şousunun aparıcısı Ana Mariya Braqa G20 sammitindən danışarkən, ABŞ Prezidenti Co Baydeni səhvən “bin Laden” ("Əl-Qaidə" terror təşkilatının keçmiş lideri Usama bin Laden)  adlandırıb.

 

Bu barədə sosial şəbəkələrdə kadrlar da yayılıb.

 

"Rəsmi fotoların seriyası - Fransa prezidenti Emmanuel Makronla və ABŞ-dan olan bin Ladenlə əl sıxma", - deyə Braqa tədbirdən reportaj zamanı bildirib.

 

Teleaparıcının sözlərinə həmkarı düzəliş edib, bundan sonra onlar bu səhvi sübhdən  başlayan işləri ilə izah edərək gülüşüblər.


Chosen
9
2
senzor.az

4Sources