EN

Yeni binalar iqlimə neytral tikinti materialları ilə inşa edilməlidir - Venzel

"Yeni binalar iqlimə neytral tikinti materialları ilə inşa edilməlidir".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Almaniya Aşağı Saksoniya torpağının iqtisadi əlaqələr və iqlim məsələləri üzrə federal naziri Stefan Venzel COP29 çərçivəsində "Yaşıl tikinti, binalarda enerji səmərəliliyi və şəhərlərdə iqlimə davamlılıq" mövzusunda keçirilən nazirlərin görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, tikinti materiallarının dövrü və təkrar emalı da çox vacibdir:

"Dəyişikliklər təkcə iqlimimiz üçün deyil, həm də sosial və iqtisadi zərurətdir. Tez-tez eşidirik ki, enerji səmərəli təmir ev sahibləri üçün çox bahalı və kirayə xərclərinin artmasına səbəb olur. Ona görə də iqlimə uyğun mənzillərin əlçatan olmasını təmin etməliyik. Vaxtında iqlimə uyğun tikilməyən və ya təmir edilməyən binaların atılmış aktivlərə çevrilməsi riski var. Həmçinin bina sektorunun transformasiyası iş yerlərinin yaradılması üçün əhəmiyyətli potensiala malikdir. Bərpa olunan enerji mənbələri ilə işləyə bilən texnologiyalara, məsələn istilik nasosları və ya mərkəzləşdirilmiş isitmə-soyutma sistemlərinə keçid etmək üçün fossil yanacaqla işləyən isitmə və soyutma sistemləri dəyişdirilməlidir. Yeni və mövcud binaların enerji səmərəliliyi sürətləndirilməlidir. Onlar sıfır və ya demək olar ki, sıfır emissiyalı binalara çevrilməlidir. Bu səylər həmçinin fossil yanacaqlardan asılılığımızı azaltmağa və bərpa olunan enerji sistemimizi daha dayanıqlı etməyə kömək edəcək".


Müəllif: Rəqsanə Həsənova
Chosen
23
1
teleqraf.com

2Sources