EN

ABŞ Ukraynaya 275 milyon dollar hərbi yardım ayıracaq - KİV

Pentaqon Ukraynaya azı 275 milyon dollar dəyərində silah göndərəcək. Bu, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlamazdan əvvəl baş verməlidir.

Missiya.Az xəbər verir ki, bu barədə xarici KİV-i məlumat yayıb.

Bildirilir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Kiyevə Trampın vəzifəyə başlamazdan əvvəl Rusiyaya qarşı mübarizə aparmağa kömək etmək üçün mümkün olan hər şeyi etməyə tələsir.

Məlumata görə, Ukraynaya yeni yardım paketinə yüksək mobil artilleriya raket sistemləri (HIMARS) daxil olmaqla hava hücumundan müdafiə vasitələri, həmçinin 155 mm və 105 mm-lik artilleriya mərmiləri, tank əleyhinə Javelin sursatları və digər avadanlıq və ehtiyat hissələri daxildir.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
20
missiya.az

1Sources