EN

“Baba” Ehtiram Quliyevi boğaza yığdı - Xərclər o qədər çoxdur ki…

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyevin maliyyə imkanları zəifləyib. Bu barədə klub rəhbərinin yaxın çevrəsindən redaksiyamıza məlumat verilib. Bildirilib ki, iş adamı futbola ayırdığı maliyyə vəsaitini azaltmaq niyyətindədir. Çünki Kurban Berdiyevi baş məşqçi postuna gətirəndən sonra xərclər bir neçə dəfə artıb. İyundan bəri gözlənilməz məsrəflər o qədər çoxalıb ki, Quliyev şoka düşüb: «Ehtiram müəllim artıq yorulub. Bunu onunla futbol barədə söhbət edən hər kəs görür. «Baba»nın (klubda Berdiyevi belə adlandırırlar) hər gün bir şey istəyir. Ayxan Abbasovun vaxtında futbolçulara bu qədər maaş ödənilmirdi. O, gedəndən sonra əməkhaqqılar 30-40 faiz artıb. Şərait da dəyişib, xeyli yaxşılaşıb. Abbasov olan zaman iki-üç aya xərclənən vəsait indi 10-15 gün komandanı görmür. Ehtiram müəllimin imkanı var, amma bank üstündə oturmayıb. Səfərlərə, otellərə, bazaya, qidaya o qədər pul gedir ki… Mükafatlar da bir yandan».
E.Quliyevə yaxın şəxsin bildirdiyinə görə, rusiyalı çalışdırıcı sədrdən qış transfelərinə kuli miqdarda əlavə büdcə ayırmasını tələb edib. Söhbət 200-300 min manatdan deyil, 2-3 milyon manatdan gedir.

SPORTİNFO.AZ

Chosen
13
sportinfo.az

1Sources