EN

Artıq öhdəliklərin ortaya qoyulmasının vaxtıdır - Yalçın Rəfiyev

Avstraliyanın İtki və Zərərlərə Cavab Verən Fondun fəaliyyətinə 32,5 milyon dollar vəsait ayırmasını yüksək qiymətləndiririk.

Olaylar xəbər verir ki, bu barədə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 Prezidentliyinin mətbuat konfransında deyib.

"Hesab edirəm ki, artıq öhdəliklərin ortaya qoyulmasının vaxtıdır. Artıq adaptasiya üzrə qlobal hədəf, yeni kollektiv kəmiyyət hədəfi (NCGQ) və BƏƏ ilə razılaşma üzərində işləyirik. Bu sənədlərin yarısı bu gecə açıqlanacaq. Çünki mətnlər üzərində iş hələ yekunlaşmayıb",- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
2
olaylar.az

5Sources