Hurriyyet.az xəbər verir ki, "Tayms" ("The Times") qəzeti Ukraynanın 50 ədəd ATACMS taktiki ballistik raketinə sahib olduğunu bildirib.
Bəlli olduğu kimi, ABŞ Prezidenti Cozef Bayden Kiyevə həmin silahlarla Rusiyanın daxili ərazilərini vurmaq icazəsi verib.
"Tayms" yazır: "Pentaqon heç bir rÉ™qÉ™m açıqlamasa da, hazırda Kiyev hökumÉ™tinin cÉ™mi 50 É™dÉ™d raketi var. Ukrayna hÉ™min raketlÉ™ri atmaq üçün yetÉ™rincÉ™ HÄ°MARS vÉ™ MLRS raket qurÄŸularına malikdir".Â
VaÅŸinqtonun MüharibÉ™nin TÉ™dqiqi Ä°nstitutunun mÉ™lumatına görÉ™, ATACMS raketlÉ™ri 300 km É™hatÉ™ radiusuna vÉ™ Rusiyanın tÉ™qdibÉ™n 245 É™dÉ™dÉ™ yaxın hÉ™rbi obyektini tÉ™hdid etmÉ™k imkanına malikdir.Â
Bununla yanaşı, Pentaqonun rəsmi təmsilçisi Sabrina Sinqh ABŞ Prezidenti Co Baydenin Ukraynaya ABŞ raketlərindən Rusiyanın daxili ərazilərinə zərbə vurmasına icazə verməsi xəbərini təsdiqləməkdən imtina edib.
Sinqh RF Müdafiə Nazirliyinin ötən gün Braynsk vilayəti üzərində ATACMS raketlərinin vurulması xəbərinə şərh verməkdən də imtina edib.
RF MN noyabrın 19-da Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətinə ABŞ istehsalı olan 6 ədəd ATACMS raketi atdığını, onlardan 5-nin HHM sistemləri ilə vurulduğunu, 1-nin isə zədələndiyini bildirmişdi.
2023-cü ilin payızında Ağ Evin Milli Təhlükəsizlik Şurasının təmsilçisi Edrienn Votson ABŞ-ın Ukraynaya ATACMS raketlərini verdiyini, onların maksimum 305 km mənzilə malik olduğunu bəyan etmişdi.
Ötən bazar günü "Nyu-York Tayms" nəşri mənbələrə istinadla, ABŞ Prezidenti Cozef Baydenin Ukrayna ordusuna Rusiya daxilini ATACMS raketləri ilə vurmaq icazəsi verdiyini xəbər vermişdi.
Hürr Tərcüman
Â