EN

U-21-in yeni baş məşqçisi müəyyənləşib

U-21-n yeni baş məşqçisinin adı müəyyənləşib.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, Samir Əliyevi boş qoyduğu post yerli mütəxəssisə tapşırılacaq.

AFFA rəhbərliyi ümid yığmasının "sükanı arxasına" Arif Əsədovu dəvət etməyi planlaşdırır. Mənbəmizin sözlərinə görə, bu barədə şifahi razılaşma əldə olunub. İcraiyyə Komitəsinin növbəti iclasında təyinat rəsmiləşək.

Qeyd edək ki, Fernandu Santuşun yığmasına təyinatından sonra Əsədov millidən ayrılıb və hazırda AFFA-nın yanında təşkil olunan məşqçi kurslarında təlimatçı kimi fəaliyyət göstərir.

İdman.biz

Chosen
12
idman.biz

1Sources