EN

“Putin Ukraynadakı münaqişənin həlli üçün danışıqlara hazırdır” - Peskov

“Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin həlli üçün təmaslara və danışıqlara hazırdır”.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentin sözçüsü Dmitri Peskov deyib. 

"Rusiya prezidenti dəfələrlə danışıqlara və təmaslara hazır olduğunu bəyan edib", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Kreml rəhbəri bundan əvvəl də Moskvanın Ukraynadakı vəziyyətlə bağlı danışıqlara hazır olduğunu bəyan etmişdi. 

Daşqın HəsənovMissiya.Az

Chosen
8
missiya.az

1Sources