EN

"Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür" - Emin Əmrullayev

"Ölkədə hazırda hər 9 şagirdə 1 kompüter düşür".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, hazırda təhsil sahəsində göstərilən xidmətlərin rəqəmsallaşdırılması istiqamətində işlər davam edir:

"İstedadlı uşaqlarla iş çərçivəsində də bölgələrdə də iş aparılır. Ölkə daxilində istedadlı şagirdlərin aşkar olunması üçün müsabiqələr təşkil edir. Növbəti ildə 10 ümumitəhsil müəsisə pilot qaydada adambaşına maliyyələşməyə keçəcək. Peşə təhsilində keyfiyyətin artırılması üzrə planların icrası davam edir. 72 peşə təhsili müəssisəsində 136 ixtisa üzrə tələbə qəbulu həyata keçirilir. Peşə təhsil müəssisələrində qəbul 60 % artıb. Peşə təhsili müəssisələrində 7000 tələbəni əhatə edən 8 peşə təhsil müəssisəsində adambaşına maliyyələşmə tətbiq edilir. Ali təhsilin əhatəliliyini və keyfiyyətinin artırılması üçün cari ildı bir sıra qərarlar qəbul edilib".

Chosen
4
11
redaktor.az

10Sources