EN

Sənaye ölkələri iqlim böhranı ilə mübarizəyə dair vədlərini yerinə yetirə bilmir – Panama nümayəndəsi

Bakı. Trend:

Sənaye ölkələri iqlim böhranı ilə mübarizəyə dair vədləriniyerinə yetirə bilmir.

Trend xəbər verir ki, bubarədə Panamanın Ətraf Mühit Nazirliyinin iqlim dəyişikliyi üzrəxüsusi nümayəndəsi Xuan Karlos Qomes Bakıda keçirilən COP29sammitində milli bəyanatla çıxış edərkən bildirib.

Onun sözlərinə görə, onilliklərdir davam edən boş vədlərəbaxmayaraq, karbon qazı emissiyaları ikiqat artıb və bəşəriyyət Yerüzündəki bütün canlıların yarısını məhv etmək yolundadır.

"32 il əvvəl biz bu böhranı həll etmək öhdəliyi götürdük, lakinonilliklərdir davam edən boş vədlərdən sonra emissiyalar ikiqatartdı və biz Yer üzündəki bütün canlıların yarısını məhv etməyədoğru irəliləyirik", — deyə Xuan Qomes bildirib.

O, 2010-cu ildə inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçünhər il 100 milyard dollar vəsait ayrılması ilə bağlı vədinverildiyini xatırladıb. Lakin əvəzində bu ölkələr böyük borclaraməruz qalıb və neftin istismarı davam etdirilib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
18
az.trend.az

1Sources