EN

“Bizim işimiz futbolçunu vaxtında milli komandanın düşərgəsinə göndərməkdi” - Mustafa Əhmədzadə ilə bağlı daha bir mövqe

“Araz-Naxçıvan”ın oyunçusu Mustafa Əhmədzadə milli ilə İsveçə yollana bilmədi. Səbəbi barədə əvvəlki yazımızda məlumat vermişik (https://www.football-plus.az/65613-mustafa-sehlenkarligin-qurbani-olub-milli-ile-bagli-elave-nese-demeye-icaze-vermirler.html). Həm AFFA, həm “Araz-Naxçıvan”, həm də Əhmədzadə fərqli səbəblər dilə gətirir.

İndiki zəmanədə şəxsiyyət vəsiqəsini dəyişmək su içmək qədər asandı. Bu sənədi üç iş günü ərzində dəyişmək 50, bir iş günü ərzində dəyişmək isə 70 manata başa gəlib. Elita klubunda çıxış edən futbolçu üçün də 70 manat tumpuludu. Maraqlıdı ki, Əhmədzadənin viza ala bilməməsini futbolçu özü bir cür izah edir, AFFA isə başqa cür.

Yığmanın heyəti noyabrın 8-də açılanıbsa, klub futbolçusunun milli düşərgəyə çağırılacağını bundan da əvvəl bilibsə, onda şəxsiyyət vəsiqəsi ilə bağlı problem niyə vaxtında həll olunmayıb. “Football-plus.az” “Araz-Naxçıvan”ın saçını futbolda ağartmış icraçı direktoru Eldəniz Yusubovun da mövqeyini öyrənməyi lazım bildi:

“Mustafa Əhmədzadə ilə bağlı bizə dəvət məktubu gəlib. Biz də dərhal Mustafanın özünə məlumat vermişik. Təyin olunan vaxtda da millinin düşərgəsinə qoşulub. Hər hansı sənədlə bağlı problemin kluba heç bir aidiyyatı yoxdu. Olubsa belə, güman ki, operativ həll ediləsi məsələ olmayıb. Amma bizim işimiz dəvət əsasında futbolçunu vaxtında milli komandanın düşərgəsinə göndərməkdi ki, onu da yerinə yetirmişik. Yayda təlim-məşq toplanışına gedərkən heç bir sənəd problemi olmayıb. Mən biləni hazırda da elə ciddi, yəni şəxsiyyət vəsiqəsi ilə bağlı problemi yoxdu. Ola bilər, viza məsələlərində nəsə var. Bu da klubun işi deyil. Məsələ ilə bağlı daha artıq şərh verə bilmərik”.

RÖYANƏ OĞUZ
Chosen
22
football-plus.az

1Sources