EN

Monteneqrolu nazir DOST Mərkəzində və DOST İnklüzivİnkişaf və Yaradıcılıq Mərkəzində olub

COP29 tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Monteneqronun əmək, məşğulluq və sosial dialoq naziri Naida Nisiçin başçılıq etdiyi nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzində olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının innovativ üstünlükləri və beynəlxalq uğurları barədə məlumat verib.

Qonaqlar DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Nümayəndə heyəti üçün DOST Konsepsiyasına və sosial sahədə rəqəmsal xidmətlərə dair təqdimatlar edilib.

Monteneqro nümayəndə heyəti Cənubi Qafqazda ilk və ən böyük inklüziv məkan olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində də olub.

Qeyd olunub ki, 2021-ci ilin oktyabrında açılışı olan Mərkəz həssas əhali qruplarının yaradıcı potensialının inkişafı və cəmiyyətə təqdim olunmasına, onların sosial inteqrasiyasına mühüm dəstək verir. Burada benefisiarlar müxtəlif fəaliyyət istiqamətləri (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, tikmə, bədii oyma və s.) üzrə təlimlərdə iştirak edir, bacarıqlarını təkmilləşdirirlər.

Qonaqlar Mərkəzdə yaradılan şəraitlə tanış olub, həssas əhali qruplarından olan şəxslərin cəlb olunduğu təlim proseslərini izləyib, onların əl işlərinə baxıb. Mərkəzin İnklüziv Kamera Orkestrinin ifasında musiqi nömrəsi də təqdim edilib. N.Nisiç Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
17
2
olaylar.az

3Sources