EN

Abdulkadir Uraloğlu: "Orta Dəhlizdə Zəngəzur yolu ilə ayrıca marşrut yaratmaq üçün sıx iş aparırıq"




Türkiyə Azərbaycanla Orta Dəhliz üzərindən həyata keçirilən yükdaşımalarda Zəngəzur yolu ilə ayrıca marşrut yaratmaq istiqamətində sıx iş aparır.

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu COP29 çərçivəsində təşkil edilmiş “Dayanıqlı, Rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, Türkiyə nəqliyyat dəhlizlərinin mərkəzində yerləşir, qitələrarası dəhlizlərdən sağlam şəkildə istifadə etməkdə açar rolunu oynayır.

"Bu səpkidə investisiyaların yatırılmasını planlaşdırırıq, əməkdaşlığımızı genişləndiririk. Dəhlizlərin bir-biri ilə əlaqəsini təmin edərkən onların üzərində yerləşən marşrutların sayını artırırıq", - deyə nazir qeyd edib.(report)
Chosen
11
1
newscenter.az

2Sources