EN

Gələn il Qarabağ Universitetinə neçə tələbə qəbul ediləcək? - Rəsmi cavab

Gələn ilin dövlət büdcəsindən Qarabağ Universitetinin fəaliyyətinin 2025-ci ildə təmin edilməsi məqsədilə 17 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Oxu24.com  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bu il Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 1104 nəfər qəbul olunub:

"Qəbul olan tələbələrin 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Növbəti ildə universitetin fəaliyyətinin inkişafı üçün 17 milyon manat vəsait nəzərdə tutulub. Gələ il Qarabağ Universitetinə 1200-1500 tələbənin qəbulu nəzərdə tutulub. Həmçinin Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin genişləndirilməsinə 10 milyon manat vəsait proqnozlaşdırılıb”.

Chosen
22
45
oxu24.com

10Sources