EN

Hava limanları iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirir – Castin Erbaççi

Bakı. Trend:

Hava limanları iqlim dəyişikliyi ilə mübarizəyə dairöhdəliklərinə sadiqliyini nümayiş etdirir.

Trend xəbər verir ki, bubarədə “ACI World”un baş direktoru Castin Erbaççi "Havalimanlarının iqlim sahəsində fəaliyyətinin nümayişi" mövzusundakeçirilən panel müzakirə zamanı bildirib.

"Hava limanları iqlim dəyişikliyi ilə mübarizəyə dairöhdəliklərinə sadiqliyini nümayiş etdirir – bu, COP29-da bir dahavurğulandı. İqlim tədbirləri ilə bağlı mürəkkəb siyasi vəziyyətfonunda 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq istiqamətindəkollektiv məqsədimizi təsdiqləməliyik.

Aviasiya cəmiyyətimizə və iqtisadiyyatımıza böyük faydalargətirir. Hava limanları və onların tərəfdaşları karbon izininazaldılması üzərində işləməyə davam etməli, eyni zamanda,aviasiyanın firavanlığı təmin etməkdə və iqlim dəyişikliyininnəticələrinə qarşı dayanıqlılığı gücləndirməkdəki unikal rolunuqoruyub saxlamalıdır. Biz, ICAO-nun (Beynəlxalq Mülki AviasiyaTəşkilatı) Uzunmüddətli Ambisiyalı Məqsədinə çatmaq üçün dünyaölkələrindən dəstəkləyici çərçivələr təqdim etməsini səbirsizlikləgözləyirik", — deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
20
az.trend.az

1Sources