EN

Forma şansı qazanmayan israillinin "Bayern"dəki aqibəti necə olacaq? - Özü dedi

"Bayern Münhen"in qapıçısı Daniel Perets Münhen klubundakı gələcəyinin necə olacağını açıqlayıb.

Fanat.Az xəbər verir ki, 24 yaşlı qolkiperin sözlərini "Bayern&Germany" belə çatdırıb:

"Səylə məşq etməyə çalışıram ki, daha yaxşı səviyyəyə çatım və formada qalım. Hazırda icarə əsasında başqa komandada oynamaq barədə düşünmürəm. Hər məşqdə bütün gücümü qoymaq istəyirəm. Forma şansı qazanıb-qazanmayacağımı zaman göstərəcək".

Xatırladaq ki, Perets "Bayern"ə 2023-cü ilin yayında İsrailin "Makkabi" (Təl-Əviv) klubundan keçib. Onun Almaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Chosen
8
fanat.az

1Sources