EN

Təbii qaz qlobal dayanıqlılıqda əsas rol oynayır – GECF

Bakı. Trend:

Təbii qaz hazırda dünya üzrə ilkin enerji tələbatının 23 faizinitəmin edir.

Trend xəbər verir ki, bubarədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) Baş katibi MəhəmmədHameli COP29 sammitində çıxışı zamanı bildirib.

O, təbii qazın qlobal enerji mənzərəsində əvəzolunmaz rolunuvurğulayaraq, onun iqtisadi artıma, ekoloji dayanıqlılığa və qlobalərzaq təhlükəsizliyinə töhfəsini qeyd edib.

"Təbii qaz iqtisadi artımı stimullaşdırır, həyat səviyyəsiniyüksəldir, evlərdə ətraf mühitin çirklənməsini azaldır, şəhərlərdəhava keyfiyyətini yaxşılaşdırır və istixana qazlarının emissiyasınıazaldır", – deyə M.Hameli bildirib.

M.Hameli, həmçinin, təbii qazın qeyri-sabit bərpa olunan enerjimənbələri üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb.

O, günəş, külək və ya hidroenerji sistemlərinin fasilələrləüzləşdiyi hallarda qazın sabitlik təmin etdiyini qeyd edib. Təbiiqazın sənaye sahələrinin dekarbonizasiyası üçün iqtisadi cəhətdənsəmərəli "mavi hidrogen" təmin edilməsi və gübrə istehsalı üçünəsas xammal kimi qlobal ərzaq təhlükəsizliyindəki həlledici roluvurğulanıb.

"Dünya əhalisi artdıqca və iqtisadiyyat genişləndikcə təbii qazaolan tələbat azalmaq əvəzinə artacaq", – deyə M.Hameli əlavəedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
14
az.trend.az

1Sources