EN

Tarazlı enerji keçidi qlobal dayanıqlılığın açarıdır – OPEC

Bakı. Trend:

Tarazlı enerji keçidi qlobal dayanıqlılığın açarıdır.

Trend xəbər verir ki, bunuNeft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi HaysamƏl-Qays COP29 sammitində çıxışı zamanı bildirib.

O, qlobal enerji tələbatının ödənilməsi üçün neft və qazındavamlı əhəmiyyətini vurğulayaraq, enerji keçidinə tarazlı vəinklüziv yanaşmanın vacibliyini qeyd edib.

"Neft və onun məhsulları evlərimizi qızdırmaq və soyutmaq,binalar tikmək və nöqtədən-nöqtəyə hərəkət etmək üçün həllediciəhəmiyyətə malikdir", — deyə Haysam Əl-Qays bildirib.

O, həmçinin, neft və qazın emal sənayesi, tibbi araşdırmalar vədigər sahələrdə əvəzedilməz rol oynadığını qeyd edib.

Lakin OPEC Baş katibi enerji əldə etməkdə mövcud olanbərabərsizliklərə də diqqət çəkib.

"Dünyada təxminən 685 milyon insan hələ də elektrikə çıxışıolmayan vəziyyətdədir və 2,1 milyard insan təhlükəsiz olmayan vəsəmərəsiz yanacaq növlərindən istifadə edir. Enerjininəlçatanlığını təmin etmək, artan tələbatı qarşılamaq,təhlükəsizliyi artırmaq, qiymətlərin əlverişliliyini qorumaq vəemissiyaları azaltmaq əsas vəzifələrdir", — deyə o vurğulayıb.

Baş katib OPEC-in müxtəlif enerji mənbələri vətexnologiyalarından istifadə mövqeyini təsdiqləyib.

"Paris Sazişi emissiyaların azaldılmasına yönəlib, enerjimənbələrinin seçilməsinə yox. Biz bütün mövcud texnologiyalardanistifadə etməli və planetdəki bütün insanların ehtiyaclarını nəzərəalmalıyıq", — deyə Haysam Əl-Qays bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
11
3
az.trend.az

4Sources