EN

Ov qaydalarını pozan şəxslər saxlanılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Salyan rayonu Peyk kəndi və Qırx Çıraq qəsəbəsinin inzibati ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb. 

Araşdırma zamanı həmin şəxslərin Salyan rayonu Peyk kənd sakini Ramil Bünyatov, Qarabağlı kənd sakini Seymur Vəliyev və Kərimbəyli kənd sakini Zahir Rzayev olduğu müəyyən edilib, onlardan 3 ədəd ov silahı, xeyli sayda patron və qanunsuz ovlanmış ov obyektləri aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı adıçəkilən şəxslər barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Chosen
14
ekologiya.az

1Sources