EN

Pezeşkian tapşırıq verdi: Paytaxt üçün yer axtarılır

İran Prezidenti Məsud Pezeşkian Tehranda Hörmüzqan və Sistan-Bəlucistan əyalətlərinin parlament üzvləri ilə görüşüb. 

"Cebheinfo.az" xəbər verir ki, görüş zamanı ölkənin cənub və cənub-şərqində yerləşən bölgələrin inkişafı və ekoloji problemləri müzakirə olunub. Pezeşkian paytaxtın Tehrandan başqa bir şəhərə köçürülməsinin vacibliyini və bu istiqamətdə lazımi işlərə başladıqlarını, birinci vitse-prezident Məhəmməd Rza Arifə bununla bağlı göstəriş verdiyini bildirib: 

"Məsələni görməzdən gəlsək, gələcəkdə ölkə olaraq böyük ekoloji böhran və problemlərlə üzləşə bilərik. Biz ölkənin yeni iqtisadi və siyasi mərkəzini daha cənuba, dənizə yaxın bir nöqtəyə köçürməliyik". 

Təxminən 20 milyon əhalisi olan Tehran 1788-ci ildən İranın paytaxtıdır və ölkənin inzibati mərkəzi olmaqda davam edir. 

Bununla belə, sürətlə artan əhali sayı özü ilə Tehranda infrastruktur problemləri və ekoloji problemlər də gətirir. 

Havanın çirklənməsi və su qıtlığı kimi problemlər paytaxtın köçürülməsi kimi alternativ həll yollarını gündəmə gətirir. 

Paytaxtın köçürülməsi təklifi ilk dəfə Mahmud Əhmədinejadın 2005-2013-cü illər arasında prezidentliyi dövründə gündəmə gətirilib. O zaman paytaxt üçün alternativ yer axtarmaq üçün parlamentdə xüsusi şura yaradılması qərara alınsa da, bu prosesin sonunda paytaxtın köçürülməsi ilə bağlı yekun qərar qəbul olunmayıb. 

Chosen
18
1
cebheinfo.az

4Sources