EN

"Real" Diası satmaq fikrində deyil

style='margin-bottom:10px;'>

"Real" futbolçusu Brahim Diasla yollarını ayırmayacaq. 

QOL.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Madrid təmsilçisi 25 yaşlı mərakeşli yarımmüdafiəçini satmaq haqda düşünmür. Mövsümün sonunda isə müqavilənin uzatmağı ilə bağlı danışıqların aparılacağı gözlənilir. 

Daha öncə "Milan"ın Diasla maraqlanması ilə bağlı mətbuatda xəbərlər yayılmışdı. 

Qeyd edək ki, Brahim Dias "Real"a 2023-cü ildə "Milan"dan transfer olunub. O, bu mövsüm komandasının heyətində 9 oyuna çıxaraq 1 qol vurub və 2 qolun ötürməsini edib. Futbolçunun İspaniya klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. 

Chosen
33
teleqraf.com

1Sources