EN

COP29: Bərpa olunan enerjidə qarşılıqlı Azərbaycan və Latviya təcrübəsi

COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Latviyanın iqlim və energetika naziri Kaspars Melnis arasında görüş olub.

Fins.az xəbər verir ki, görüşdə hər iki ölkədə bərpa olunan enerji sahəsində həyata keçirilən inkişaf kursu barədə müzakirələr aparılıb.COP29 Sədrliyinin enerji təşəbbüslərinin, Azərbaycanın “yaşıl enerji” istehsalı - ixracı layihələrinin geniş coğrafiyada enerji təhlükəsizliyi və enerji keçidində əhəmiyyətindən bəhs edilib.

Bildirilib ki, külək və günəş enerjisi layihələri hesabına elektrik enerjisinin quraşdırılmış gücündə bərpa olunan enerjinin payı 2027-ci ildə 33%-ə, 2030-cu ildə isə 35,5%-ə yüksələcək. Bu, ölkədə “yaşıl enerji” sahəsinin yüksək inkişaf dinamikasından xəbər verir.

Görüşdə, həmçinin Azərbaycan və Mərkəzi Asiyadan  Avropa və Türkiyə istiqamətlərində “yaşıl enerji” və ”yaşıl qaz”ların  tədarükü, həmçinin bərpa olunan enerjinin dayanıqlığını artırmaq məqsədilə enerji saxlanma sistemlərinin tətbiqi  ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Latviyanın bərpa olunan enerji sahəsində təcrübəsi bölüşülüb və enerji sahəsində əməkdaşlıq perspektivləri dəyərləndirilib.          

Zemfira Ms
Fins.az

                                   

 

Chosen
23
49
fins.az

10Sources