UEFA Kosovo milli komandasına texniki məğlubiyyət verib.
Modern.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna yığmanın Millətlər Liqasının V turunda Rumıniya ilə səfər matçında meydanı vaxtından əvvəl tərk etməsi səbəb olub.
Noyabrın 15-də keçirilmiş qarşılaşmanın son dəqiqələrində ev sahibi komandanın azarkeşləri siyasi şüarlar səsləndiriblər. Kosovo millisinin üzvləri isə buna etiraz olaraq meydandan çıxıblar.
Hadisələri araşdıran UEFA-nın Nizam-İntizam Komitəsi yığmanı texniki məğlubiyyətlə cəzalandırıb. Həmçinin Kosovo Futbol Federasiyası 6 min avro məbləğində cərimələnib.
“Cebheinfo.az”