EN

Gürcüstanın Baş nazirinin birinci müavini: Azərbaycan Orta Dəhlizin rəqəmsallaşdırılması üçün çox mühüm və fəal addımlar atır

Azərbaycan Avropa və Asiya arasında dayanıqlı yükdaşımaların təmin edilməsində mühüm rol oynayır. Həmçinin nəqliyyat infrastrukturunda yaşıl həllər tətbiq etməklə dekorbanizasiya istiqamətində vacib addımlar atır.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında iştirak edən TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev müsahibəsində bildirib.

A.Assavbayev qeyd edib ki, nazirlərin dəyirmi masasında qəbul olunan kommunike region dövlətlərinin bu istiqamətdə addımlarını sinxronlaşdırmasına şərait yaradacaq.

Chosen
16
apa.az

1Sources