EN

Ukraynanı tərk edin! - Daha bir ölkədən vətəndaşlarına xəbərdarlıq

Qazaxıstanın Ukraynadakı səfirliyi öz vətəndaşlarına çağırış edərək, aktiv hərbi əməliyyatların yaxınlığında yerləşən əraziləri və ya Ukraynanı tamamilə tərk etməyi tövsiyə edib.

Bakupost.az "Zerkalo nedeli" nəşrinə istinadən xəbər verir ki, səfirlik həmçinin müntəzəm artilleriya atəşi və hava hücumları ilə əlaqədar vətəndaşlara təhlükəli ərazilərdən uzaq durmaq tövsiyə edib.

Diplomatlar Qazaxıstan vətəndaşlarını təhlükəsizlik qaydalarına riayət etməyə, hava hücumu siqnallarına cavab verməyə və Ukrayna hakimiyyətinin göstərişlərinə əməl etməyə çağırıb.

Xatırladaq ki, noyabrın 20-də ABŞ səfirliyi Rusiyanın irimiqyaslı hücumu ilə bağlı xəbərdarlıq edib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası bildirib ki, Rusiya aviasiyası döyüşə hazır vəziyyətdədir, strateji aviasiya aerodromları və anbarlarında bu cür hücumlar üçün kifayət qədər raket ehtiyatı var. Raket hücumu riski səbəbindən Kiyevdə İspaniya və İtaliya səfirlikləri bağlanıb.

Zaur, BakuPost
Chosen
38
1
bakupost.az

2Sources