EN

Ərəb dilinə tərcümə edilmiş “Şuşa – zirvədən uca” kitabının təqdimatı keçirilib - FOTO

ICESCO tərəfindən “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ili çərçivəsində “Şuşa – zirvədən uca” kitabı ərəb dilinə tərcümə edilərək çap olunub.

APA xəbər verir ki, Kitabın ərəbcə nəşri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “PAŞA Holding” MMC və “İRS-Heritage” jurnalının dəstəyi ilə ərsəyə gəlib.

Noyabrın 20-də COP29 çərçivəsində ICESCO-nun pavilyonunda kitabın təqdimat mərasimi keçirilib.

Tədbirin moderatoru, ICESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov nəşr haqqında məlumat verib, çıxışçıları təqdim edib.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin tarixindən, mədəni zənginliklərindən söz açıb:

“Bu il mayın 11-də Şuşa şəhərində “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində iştirak etdik. Şuşada olarkən yeni yollar, gözəl binalar, əla hotellər və təmir edilmiş muzeylər gördük. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş digər ərazilər kimi Şuşa şəhərində də böyük bərpa və yenidənqurma işləri həyata keçirilir. Həmçinin Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da Şuşanın və işğaldan azad edilmiş digər bölgələrin abadlaşdırılması və müasirləşdirilməsi işində yaxında iştirak edir”.

Kitab haqqında danışan baş direktor onun ərəb dilində işıq üzü görməsinin qədim Şuşa şəhərinin daha böyük coğrafiyada təbliğ olunmasına qiymətli töhfə olduğunu deyib.

Ərəb Ərəb Ərəb Ərəb
Chosen
20
apa.az

1Sources