EN

Fransa XİN Ukraynaya verilən “SCALP” raketlərinin sayını açıqlamaqdan imtina edib

Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kristof Lemuan Kiyevə tədarük edilən uzaqmənzilli “SCALP” raketlərinin sayını açıqlamaqdan imtina edib.

APA xəbər verir ki, müvafiq sual ona “LCI” telekanalına müsahibəsində verilib.

“Aydındır ki, biz ukraynalılara verdiyimiz “SCALP” raketlərinin sayını bilirik. Dəqiq miqdarı indi deyə bilmərəm, amma tədarük olub”, - Lemuna qeyd edib.

Chosen
45
2
apa.az

3Sources