EN

Kənd təsərrüfatını istiləşmənin hücumundan xilas edək!

Kənd təsərrüfatı dünyada iqtisadiyyatın ən mühüm sektorlarından biridir. Halbuki fermerlər, kənd təsərrüfatının istehsalı ilə məşğul olanlar iqlim dəyişikliyindən ən çox zərər çəkənlərdir.

Bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində keçirilən Ərzaq, Kənd Təsərrüfatı və Su Gününün rəsmi açılışı mərasimində deyib. O, iqlim dəyişikliyinin aqrar sektora daha çox təsir göstərdiyini bildirib və bu təsirlərə yüksək temperatur, proqnozlaşdırılmamış leysanlar, torpağın deqredasiyası, habelə su qıtlığının daxil olduğunu, eləcə də bu sahədə çalışanların həyat tərzinə ciddi ziyan vurduğunu vurğulayıb.

M.Məmmədov sözlərinə əlavə edərək bildirib ki, bütün deyilənlərə baxmayaraq, qlobal iqlim dialoqlarında sözügedən narahatlıqlara çox az diqqət yetirilir. İqlim dəyişikliyinin təsirlərini ilk hiss edən fermerlərə ən son dəstək olunur. Bakı Harmoniya İqlim Təşəbbüsünün əsas məqsədi də bu məsələnin daim diqqət mərkəzində saxlanılması ilə bağlıdır.

Nazir vurğulayıb ki, harmoniyanın məqsədləri çox sadə, lakin vacibdir: “Harmoniya kənd təsərrüfatı, qida və su sahələrində təşəbbüsləri, koalisiyaları və tərəfdaşlıqları birləşdirən mərkəzi platforma rolunu oynayacaq. Bu platforma fermerlərə praktiki biliklər, rəqəmsal vasitələrə çıxış və dünyanın ən yaxşı təcrübələri və innovasiyaları ilə əlaqə yaratmaq üçün yer təmin edəcək. Həmin platformanı yaratmaqla biz fermerlərə təsərrüfatları və gələcəkləri üçün düzgün, davamlı seçimlər etmək imkanı veririk”.

Məsələ ilə bağlı ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev isə qeyd edib ki, burada əsas məqsəd kənd təsərrüfatı transformasiyasını yüksək səviyyədə dayanıqlı həyata keçirmək və birlikdə işləməkdir. Bu təşəbbüs sayəsində əməkdaşlıq daha da güclənəcək, investisiyaların kənd təsərrüfatı sahəsinə axını artacaq və özəl banklar da bura cəlb olunacaq. Digər əsas məqsəd fermerlərin gücləndirilməsidir”.

Onun sözlərinə görə, fermerlər tərəfindən kənd təsərrüfatı sahəsində emissiyalar və tullantılar çoxdur. Hər bir şəxsin qarşısına ərzaq təhlükəsizliyini təmin etmək vəzifəsi qoyulur. Qadın fermerlərin iqlim dayanıqlılığının güclənməsində böyük rolu var. Fermer qruplarının da bu təşəbbüsə qoşulmaları zəruridir.

XQ

Chosen
10
xalqqazeti.az

1Sources